ABŞ eyni anda iki hərbi münaqişədə iştirak etmək iqtidarında deyil.
Publika.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
"Polşa ABŞ hələ peyda olmamışdan əvvəl Rusiya ilə döyüşürdü. Nəzərə alsaq ki, Avropa İttifaqının iqtisadiyyatı Rusiya iqtisadiyyatından doqquz dəfə böyükdür, buna görə də o, Polşaya Rusiyaya qarşı durmağa kömək etməlidir", - deyə Sikorski qeyd edib.
Nazir ABŞ-ın Ukrayna məsələsi ilə bağlı təqdim etdiyi sənədi tərifləyib və xatırladıb ki, ABŞ eyni vaxtda iki böyük müharibə apara bilməz.