Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Tartrazin (E102) sintetik sarı qida boyasıdır və bəzi məhsullarda normaya uyğun şəkildə istifadə oluna bilər. Lakin ət və quş məhsullarında bu maddənin tətbiqi qadağandır. Toyuğa süni şəkildə “kənd toyuğu” görüntüsü vermək məqsədilə tartrazinin vurulması həm qanunsuzdur, həm də istehlakçının açıq şəkildə aldadılmasıdır".Bunu Demokrat.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib. O, bildirib ki, bu maddənin sağlamlıq riskləri də az deyil:"Tartrazin allergik reaksiyalara, dəri səpgisi, qaşınma, burun axması və astmatik tutmalara səbəb ola bilər, xüsusilə həssas şəxslərdə. Uşaqlarda diqqət pozğunluğu və hiperaktivliklə əlaqələndirilir. Normadan artıq və uzunmüddətli qəbul edildikdə isə mədə-bağırsaq narahatlıqları və digər toksik təsirlər yarada bilər".Ekspert bildirib ki, istehlakçılar xüsusilə şübhəli dərəcədə sarımtıl rəngə malik quş ətindən uzaq durmalı, yalnız rəsmi satış yerlərindən və sənədləri olan məhsulları seçməlidirlər:""Kənd toyuğu” adı altında satılan, lakin mənşəyi bəlli olmayan məhsullara qarşı diqqətli olmaq vacibdir. Şübhəli hallarla rastlaşdıqda aidiyyəti qurumlara məlumat verilməsi mühüm əhəmiyyət daşıyır. Nəzarətin gücləndirilməsi üçün qanunsuz sexlərdə müntəzəm və risk əsaslı yoxlamalar aparılmalı, bazarlarda və kəsim məntəqələrində laborator analizlərin sayı artırılmalıdır. Eyni zamanda cərimə və sanksiyalar sərtləşdirilməli, ictimaiyyət maarifləndirilməlidir".Onun sözlərinə görə, nəticə olaraq, tartrazinin quş ətində istifadəsi qəbuledilməzdir və effektiv dövlət nəzarəti və məlumatlı istehlakçı bu cür halların qarşısını almağın əsas yoludur. Qeyd edək ki, Xırdalanda aşkarlanan qanunsuz quş kəsimi sexində toyuqlara "kənd toyuğu" görüntüsü vermək üçün "Tartrazin" (E102) adlı boya maddəsindən istifadə edildiyi müəyyən olunub.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.