ain.az, Ayna portalına istinadən məlumat verir.
Ermənistanın Azərbaycandan idxal etdiyi ilk benzin partiyası cəmi bir neçə gün ərzində satılıb
Ermənistanın Azərbaycandan idxal etdiyi ilk benzin partiyası cəmi bir neçə gün ərzində satılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
"Əsasən, idxal edilən benzin cəmi bir neçə gün ərzində satılıb, yəni tələbat çox yüksəkdir", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycandan Ermənistana keçən dəfəki şirkətlər tərəfindən idxal edilən bir neçə min tonluq yeni benzin partiyası gəlir.
"Yenilik ondadır ki, biz yalnız premium benzin deyil, həm də adi və dizel yanacağı idxal edirik və ilkin hesablamalara görə, onların qiyməti bazar qiymətindən təxminən 80 dram (0,36 manat – red.) aşağıdır", - o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.