Məşhur "Kristal" tikinti şirkəti Bakı, Abşeronla yanaşı, Sumqayıtda da yeni layihələr həyata keçirir...
Mia.az xəbər verir ki, bir neçə gündür şirkət Sumqayıt layihəsi üzrə "katlavan"dan, yəni, hələ təməli atılmamış və ya yeni atılan binalarda mənzil satışına başlaması barədə bir çox saytlarda reklam kampaniyasına start verib.
Mövzuya keçmədən xatırladaq ki, hazır olmayan binalarda sonradan yaranan mübahisələrin ölkənin və siyasi hakimiyyətin başına nə qədər böyük problemlər açması sirr deyil. Hətta bu barədə Milli Məclisin iclaslarında dəfələrlə məsələ qaldırılıb, prokurorluq onlarla şirkətə cinayət işi açıb, həbslər həyata keçirilib. Üstəlik, Prezident Administrasiyasının müvafiq şöbəsi hər il dələduz tikinti şirkətlərin adlarını cəmiyyətə açıqlayaraq, əhalidən təməli atılmış və ya tikilməkdə olan binalardan sənədsiz (çıxarışsız) mənzil almamaları barədə xəbərdarlıqlar edir....
Ancaq görünən budur ki, rəsmi xəbərdarlıq "Kristal" və onun nəzdindəki şirkətlər üçün əhəmiyyətsizdir.
Belə ki, şirkətin bir neçə gündür saytlarda yaydırdığı yeni reklam mətnində deyilir: "...Təməl mərhələsindən alınan mənzillər həm daha sərfəli qiymətlərlə, həm də gələcəkdə yüksək dəyər qazanmaq imkanı ilə seçilir. Bu baxımdan Kristal” Sumqayıt bulvarında, Sumqayıt Dənizkənarı Parkın ərazisində, Göyərçin heykəlinin yanında yerləşən “Sahil Park” yaşayış kompleksində yeni mərhələdə mənzilləri satışa çıxarıb. Hazırda layihə katlavan mərhələsindədir və tikinti işləri planlı şəkildə davam edir. Layihədə sahəsi 49,91 m²-dən 154,8 m²-ə qədər olan studiya 2, 3 və 4 otaqlı mənzillər mövcuddur. Alıcılar 15%-dən başlayan ilkin ödənişlə mənzil sahibi ola bilərlər. Məsələn, 49,91 m² 2 otaq studiya mənzil üçün 14 149 manat ilkin ödəniş etmək kifayətdir. Kompleksdə dəniz mənzərəli mənzillər də təqdim olunur".
Hə, bax, əsl həngamə elə yuxarıda saytlara verilən reklam kampaniyasında qeyd edilən şərtlərlə şirkətin özünün rəsmi saytındakı şərtlər arasında böyük fərqlərin olmasından başlayır.
Mia.az-ın əməkdaşı şərtlərin nə qədər doğru olub-olmadığını öyrənmək üçün şirkətin rəsmi saytında https://kristal.az/projects/ongoing/sahil-park-sumqayit-4/ araşdırma aparıb. Bəlli olub ki, şirkətin saytlarda elan etdiyinin əksinə olaraq, Sumqayıtda Sahil Park layihəsində tikilməkdə olan binalardaki mənzillər Bakı qiymətinə, özü də daha ağır şərtlərlə satılır: "Məsələn, 2 otaq studiya tipli 46.86 kv.metrilik mənzil nağd qoymətə 107728 manata, 50 kv.metrlik mənzil isə 112.723 manata satışdadır. Buradan sadə hesablama ilə görünür ki, Sumqayıtda studiya tipli mənzillərin bir kv.metri nə az, nə çox - düz 2254 manat satılır. Özü də bu mənzillər hələ hazır deyil. Bu qiymətə Bakının Bayıl qəsəbəsində - Bulvarın bir addımlığında hazır mənzillər satılır.
"Kristal"ın kredit/ipoteka şərtləri də çox ağırdır. Şirkkətin rəsmi saytındakı rəsmi elandan görünür ki, şirkət daxili ipoteka şərtləri minimum maaşın 400 manat olduğu ölkədə böyük çopxluq üçün əlçatmazdır. Məsələn, 2 otaq sutudiya tipli 46.86-50 kv.metrlik mənzillər üçün ilkin ödəniş olaraq əvvəlcədən 32.332 manat tələbi var. 10 illik ipoteka ilə bilirsiniz aylqı kredit neçə faizdən hesablanır? 30 faiz. Bəli, bəli, məhz 30 faiz. Bunu aylara böldükdə ömür bir yana qalsın, maaşla ödəmək mümkündürmü?..."
Yaranmış təzadlı vəziyyətlə bağlı Mia.az saytı şirkətin rəsmi poçt ünvanına sorğu ünvanlayıb.
Poliqon.info