Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ tərəfindən müsadirə edilən Rusiyanın “Marinera” neft tankerinin sahibi məlum olub.
“AzPoitika” xəbər verir ki, "Novaya Gazeta Europa" gəminin Rusiyanın “Burevestmarine” şirkətinə aid olduğunu müəyyən edib.
Şirkətin direktoru və yeganə sahibi ilhaq edilmiş Krımdan olan iş adamı İlya Buqaydır.
Beynəlxalq Dəniz Təşkilatının Qlobal İnteqrasiya olunmuş Gəmiçilik Məlumat Sisteminə və Rusiya Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə əsasən, şirkət cəmi altı ay əvvəl Ryazanda qeydiyyatdan keçib.
Jurnalistlər qeyd edirlər ki, dəniz daşımaları ilə məşğul olan şirkət üçün keçən il dərc edilmiş bir neçə gəmiçiliklə bağlı vakansiya Rusiyada iş axtarışı saytlarında yer alıb.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.