AZ

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 8 yanvar, AZƏRTAC

Paytaxt Bakının Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı “Daewoo” markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1029 manatını oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 32 yaşlı S. Quluzadə şübhəli şəxs qismində saxlanılıb.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki marketin qapısını qıraraq içərisindən 2 min 400, 2 min 220 manat dəyərində lotereya biletləri, tütün məmulatları və digər məhsulları oğurlamaqda şübhəli bilinən 35 yaşlı Ş. Eybatov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
61
3
azertag.az

10Mənbələr