AZ

Avropa çempionatı rusiyalı idmançılara viza verməyən Polşadan alındı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa Ağır Atletika Federasiyası (EWF) gənclər və yeniyetmələr arasında keçirilməli olan Avropa çempionatının məkanını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, EWF Rusiya və Belarus idmançılarına viza açmaqdan imtinaya görə birinciliyin ev sahibliyini Polşadan alıb.

Turnir 23-30 sentyabr tarixlərində  Lüblin şəhərində keçirilməli idi. Lakin Polşa hökuməti məlum siyasi vəziyyətə görə bayaq adları çəkilən ölkələrin atletlərinə viza verməkdən imtina edib. Bu üzdən BWF yarışın məkanını dəyişdirmək qərarına gəlib.

Yeri gəlmişkən, sözügedən turnir bu ilin oktyabrında Albaniyada təşkil olunacaq.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
525.az

1Mənbələr