ABŞ Çeçenistan rəhbəri Ramzan Kadırovu ələ keçirmək üçün hərbi əməliyyat keçirə bilər və Vladimir Putinə müharibəyə son qoymaq üçün təzyiq göstərə bilər.
Ölkə.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O deyib ki, dünyada artıq Maduro nümunəsi var: “Əməliyyat keçirdilər. Hamı nəticələri gördü, bütün dünya. Onlar bunu tez bir zamanda etdilər”.
Zelenski əlavə edib ki, belə bir əməliyyatı Çeçensitan rəhbəri Ramzan Kadırova qarşı da keçirsinlər. “Bəlkə o zaman Putin bunu görüb iki dəfə düşünər", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya real təzyiq göstərmək üçün vasitələri var və onlar bunlardan necə istifadə edəcəklərini bilirlər, lakin bunun üçün Ukrayna Vaşinqton üçün prioritet olmalıdır.
Ramzan Kadırov Zelenskinin "Kadırovu qaçırmaq" təklifinə reaksiyası gecikməyib. Telegram kanalında Zelenkiyə cavab verən Kadırov deyib ki, bu sülh razılaşmasını pozmaq cəhdidir. “İndi o, amerikalılardan kömək istəyir və deyir: “Biz silahla kömək etmədik, amma heç olmasa Ramzanı qaçırdıq”. Üzünüzü qoruyun və özünüzü alçaltmayın. Əgər bir az kişiliyiniz olsaydı, sözlərinizin və xahişlərinizin nə qədər alçaldıcı səsləndiyini və sülh razılaşmasını pozmaq cəhdlərinizin nə qədər aydın şəkildə təsdiqləndiyini başa düşərdiniz”, - deyə o yazıb.
Mürtəza