AZ

Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan tədbirdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, eləcə də Azərbaycan Güləş Federasiyasının rəsmiləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev, AGF-nin baş katibi Pərvin Piriyev çıxış ediblər.

Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adlarının bəlli olacağı yarışa yanvarın 11-də yekun vurulacaq. İlk üçlükdə yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.

Daha çox foto burada: PhotoStock.az

Murad Nəsimi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
oxu.az

1Mənbələr