AZ

Moskva Qərbə xəbərdarlıq edib

AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib.

“Rusiya XİN xəbərdarlıq edir ki, Qərb ölkələrindən Ukrayna ərazisinə hərbi hissələrin, hərbi obyektlərin, anbarların və digər infrastrukturun yerləşdirilməsi xarici müdaxilə kimi təsnif edilərək təkcə Rusiyanın deyil, digər Avropa ölkələrinin də təhlükəsizliyinə birbaşa təhdid yaradacaq. Bütün bu cür birləşmələr və obyektlər Rusiya Silahlı qüvvələrinin qanuni döyüş hədəfləri sayılacaq. Bu xəbərdarlıqlar dəfələrlə ən yüksək səviyyədə edilib və aktuallığını qoruyub saxlayır”, - rusiyalı diplomat bildirib.

Onun sözlərinə görə, Qərbin“könüllülərkoalisiyası”və Kiyevin təhlükəsizlik zəmanətləri haqqında sənədi“dinc nizamlanmadan son dərəcə uzaqdır və əslində hərbiləşdirmənin davam etdirilməsinə yönəlib”.

Mariya Zaxarova bildirib ki, müharibənin sülh yolu ilə həlli yalnız onun əsas səbəblərini aradan qaldırmaq, Ukraynanı neytral, bloklara qoşulmamaq statusuna qaytarmaq, onun demilitarizasiyası və denazifikasiyası, Kiyevin ayrı-ayrı şəxslərin, etnik rusların və rusdilli vətəndaşların, milli azlıqların dil, mədəni və dini hüquq və azadlıqlarına riayət etməsi, habelə xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi nəticəsində yaranmış müasir ərazi reallıqlarının tanınması əsasında mümkündür.

- Bütün bu məqsədlərə, şübhəsiz ki, ya siyasi və diplomatik vasitələrlə, ya da döyüş meydanında təşəbbüsün tamamilə Rusiya Federasiyası Silahlı qüvvələrinin əlində saxlanıldığı “xüsusi hərbi əməliyyat” vasitəsilə nail olunacaq”,- Rusiya XİN-in təmsilçisi vurğulayıb.

Zaxarova həmçinin Qərbi “müharibə mehvəri” və“Avropa qitəsinin və onun sakinlərinin gələcəyi üçün təhlükəli və dağıdıcı planlar”yaratmaqda ittiham edib.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Ukrayna prezidenti Volodimir Zelenski ilə üçtərəfli bəyannamə imzalayıblar. Sənədə əsasən, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra London və Paris Ukraynada hərbi bazalar yaratmağı, silah və hərbi texnikanın saxlanması üçün obyektlər tikməyi planlaşdırırlar.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
28
azvision.az

1Mənbələr