ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimində veteran güləşçilərimiz mükafatlandırılıblar.
Oxu.Az xəbər verir ki, Mariya Stadnik, Rəsul Çunayev, Hacı Əliyev, Taleh Məmmədov və Rafiq Hüseynova Azərbaycan güləşindəki xidmətlərinə görə xüsusi hədiyyələr verilib.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər təqdim ediblər.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yanvarın 11-də yekun vurulacaq. İlk üçlükdə yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.
Murad Nəsimi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.