AZ

Prezidentə qarşı sui-qəsdin qarşısı alınıb

Qərbi Afrika ölkəsi olan Burkina Fasoda hərbi lider İbrahim Traoreyə qarşı planlaşdırılan sui-qəsd cəhdi təhlükəsizlik qüvvələri tərəfindən vaxtında qarşısı alınıb.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin Təhlükəsizlik naziri Mahamadou Sana gecə saatlarında verdiyi açıqlamada, sui-qəsd planının keçmiş Burkina Faso lideri polkovnik Pol-Anri Sandaogo Damiba tərəfindən hazırlandığını iddia edib.

"BBC"-nin məlumatına görə, Sana bildirib: 

“Kəşfiyyat xidmətlərimiz bu əməliyyatı son anda dayandırdı. Onlar dövlət başçısına qarşı sui-qəsddən sonra, aralarında mülki şəxslərin də olduğu digər mühüm qurumlara hücum etməyi planlaşdırırdılar”.

Nazir əlavə edib ki, sui-qəsd cəhdi Burkina Fasonun qonşusu olan Fil Dişi Sahili tərəfindən maliyyələşdirilib.

Sana milli televiziyada çıxışı zamanı bildirib: 

“Araşdırmalarımız davam edir və bir neçə nəfər artıq həbs olunub. Bu şəxslər tezliklə ədalət qarşısına çıxarılacaq”.

Nazir vəziyyətin nəzarət altında olduğunu vurğulayıb və vətəndaşları “təhlükəli planlara aldanmamağa” çağırıb.

Sananın sözlərinə görə, sui-qəsd planı ilə bağlı sızdırılmış bir video da üzə çıxıb.

Görüntülərdə sui-qəsdi planlaşdıran şəxslərin 3 yanvar şənbə günü yerli vaxtla saat 23:00 radələrində Traorenin iqamətgahına partlayıcı yerləşdirərək onu öldürməyi planlaşdırdıqları iddia olunur.

Sui-qəsddən sonra isə digər yüksək rütbəli hərbi və mülki şəxslər də hədəf alınacaqdı.

Seçilən
79
cebheinfo.az

1Mənbələr