AZ

İqor Tiaqo İngiltərə Premyer Liqasında tarixi rekorda imza atdı

"Brentford"un hücumçusu İqor Tiaqo İngiltərə futbol tarixində braziliyalı futbolçular arasında yeni məhsuldarlıq rekordu müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, "Sanderlend"lə qarşılaşmada dubl edən hücumçu Premyer Liqa tarixində ən çox qol vuran braziliyalı futbolçu ünvanına sahib çıxıb.

Mövsümün başa çatmasına hələ 17 həftə qalmasına baxmayaraq, Tiaqo artıq 16 qol həddinə çataraq Kunya, Martinelli və Roberto Firmino kimi ulduzları geridə qoyub.

Qeyd edək ki, adıçəkilən digər üç oyunçunun heç biri 15 qol baryerini aşa bilməyib.

Kamil Xudiyev

Seçilən
7
fanat.az

1Mənbələr