AZ

Disney Plus-da şaquli video dövrü

Disney Plus-da şaquli video dövrü

Disney istifadəçilərin gündəlik platforma ilə qarşılıqlı əlaqəsini artırmaq məqsədilə 2026-cı ilin sonlarına doğru rəqəmsal yayım platforması Disney Plus-a TikTok-a bənzər şaquli video axını əlavə edəcəyini açıqlayıb. Şirkət bu yeniliyi Las-Veqasda keçirilən CES 2026 sərgisində elan edib.

Yenilik Disney Entertainment və ESPN Məhsul İdarəetməsi üzrə Baş Vitse-Prezidenti Erin Tiqin Deadline jurnalına verdiyi müsahibədə ətraflı şəkildə şərh olunub.

Yeni şaquli videolar hər bir istifadəçi üçün xəbərlərdən əyləncəyə qədər müxtəlif kateqoriyaları əhatə edən fərdiləşdirilmiş axın şəklində təqdim olunacaq. Tiq bildirib ki, şaquli video istifadəçi vərdişlərinə uyğun, təbii bir şəkildə inteqrasiya ediləcək və bu, təsadüfi bir təcrübə olmayacaq.

O, həmçinin vurğulayıb ki, bu yenilik uzunmüddətli proqramların sadəcə önizləməsi deyil, xidmət keyfiyyətini artırmağa yönəlmiş təkmilləşdirmədir.

Disney bu addımı ilə TikTok-un dominant olduğu, Metanın (Instagram Reels) və Google-ın (YouTube Shorts) da yer aldığı bazara daha da yaxınlaşmağı hədəfləyir. Tiqin sözlərinə görə, iri şirkətlərin məqsədi qısa şaquli videolar vasitəsilə izləyici ilə daha sıx təmas qurmaqdır.

O qeyd edib ki, insanlar telefonlarında hər zaman iki saat yarımlıq uzun məzmun izləməyi planlaşdırmırlar.

Disney bu formatı daha əvvəl də sınaqdan keçirib və ötən il tərkibində olan ESPN tətbiqində “Verts” adlı yeni bölmə yaradıb.

Seçilən
58
afn.az

1Mənbələr