Dubaydan Moskvaya uçan "UTair" təyyarəsi qəza siqnalı verib və yanacağı yandırmaq üçün bir saatdır ki, dövrə vurub.
Publika.az xəbər verir ki, hazırda minlərlə "Flightradar" istifadəçisi onun uçuşunu izləyir.
"Boeing 767-224" (UT 716 reysi) Əl-Maktum hava limanından yola düşüb və Moskva vaxtı ilə saat 21:15-də Vnukovo hava limanına enməli idi. Lakin havaya qalxdıqdan qısa müddət sonra heyət "7700" təcili yardım kodunu ötürüb.
Təyyarənin təhlükəsiz enişi üçün yanacağın tükənməsi lazımdır.