AZ

Rusiya XİN Ukraynada Britaniya və Fransa qoşunlarının yerləşdirilməsi planlarını şərh edib

Moskva, 8 yanvar, AZƏRTAC

Rəsmi Moskva yanvarın 6-da Böyük Britaniya, Fransa və Ukrayna liderləri tərəfindən Parisdə imzalanan, atəşkəs rejimi əldə olunacağı təqdirdə Ukrayna ərazisində Britaniya və Fransa qoşunlarının yerləşdirilməsini nəzərdə tutan niyyətlər bəyannaməsinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanun qeyd etdiyinə görə, Rusiya tərəfi bu planları atəşkəsdən sonra London və Parisin Ukraynada öz hərbi bazalarını, eləcə də silah və hərbi texnikanın saxlanılması üçün obyektlər yaratmaq niyyəti kimi qiymətləndirir.

“Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edir ki, Ukrayna ərazisində Qərb ölkələrinin hərbi bölmələrinin, hərbi obyektlərinin, anbarlarının və digər infrastrukturunun yerləşdirilməsi təkcə Rusiyanın deyil, Avropanın digər ölkələrinin də təhlükəsizliyinə birbaşa təhdid yaradan xarici müdaxilə kimi qiymətləndiriləcək”, – deyə M.Zaxarova bildirib. O əlavə edib ki, “onlar Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflər hesab olunacaq”.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
72
4
azertag.az

5Mənbələr