"Tottenhem"in baş məşqçisi Tomas Frankın rəqib komandanın loqosu olan stəkandan su içməsini əks etdirən görüntülər İngiltərə mediasında müzakirələrə səbəb olub.
Fanat.Az xəbər verir ki, son 6 matçda 3 məğlubiyyət və 2 heç-heçə alan, son olaraq "Bornmut"a uduzan mütəxəssisin əzəli rəqib "Arsenal"ın loqosu olan stəkanla görüntülənməsi narazılıq doğurub.
Məsələyə münasibət bildirən Frank deyib:
"Qətiyyən fərq etməmişəm. Belə bir vəziyyətdə 'Arsenal' loqolu stəkanla bilərək gəzməm tamamilə axmaqlıq olardı. Stəkanlar soyunub-geyinmə otağında olur, bizdən əvvəlki matçdan qalıb. Bir stəkan götürüb espresso istəmək çox normaldır, bunu hər oyundan əvvəl edirəm".
Kamil Xudiyev