AZ

Fransada təcili tibbi yardıma müraciət edənlərin sayı artıb

Paris, 8 yanvar, AZƏRTAC

Fransada özəl tibb müəssisələrində çalışan həkimlərin yanvarın 5-dən başlayan tətili ölkə üzrə təcili tibbi yardım sisteminə ciddi təsir göstərib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Xidmətlərinə Çıxış Xidmətinə edilən zənglərin sayında 50 faizədək artım qeydə alıb. Bu hal qış mövsümünə xas epidemiyalar səbəbindən çətin vəziyyətdə olan təcili tibbi yardım sisteminin işini daha da çətinləşdirib. Ailə həkimlərinin kabinetləri bağlı olduğundan, xəstələr birbaşa adıçəkilən xidmətə müraciət edirlər.

Yaranmış vəziyyətlə əlaqədar təcili tibbi yardım həkimlərinin əsas həmkarlar ittifaqı həyəcan təbili çalıb. “Samu Urgence de France” həmkarlar ittifaqı mövcud böhranın idarəolunması üçün normativ-hüquqi çərçivənin dəyişdirilməsini tələb edib. Hüquqi dəyişikliklər baş vermədiyi təqdirdə isə vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

Qeyd edək ki, Fransada yanvarın 10-dan klinikalarda cərrahiyyə bloklarının tam bağlanacağı bildirilib.

Seçilən
95
1
azertag.az

2Mənbələr