"Nyukasl Yunayted"in futbolçusu Harvi Barns "Lids Yunayted"lə dramatik keçən oyunda vurduğu qolla adını tarixə yazdırıb.
Fanat.Az xəbər verir ki, Barns matçın 90+12-ci (rəsmi olaraq 102-ci) dəqiqəsində fərqlənərək Premyer Liqa tarixində vurulan ən gec qələbə qolunun müəllifi olub.
Hesabda bir neçə dəfə geri düşən "Nyukasl Yunayted" bu qol sayəsində meydandan 4-3 hesablı qələbə ilə ayrılmağı bacarıb.
Xatırladaq ki, matçın 90+1-ci dəqiqəsində hesab hələ 3-3 idi.