AZ

Suriya ordusu Hələbdə SDF-yə qarşı hərbi əməliyyata başlayıb

Rəsmi Dəməşq bir sıra yaşayış rayonlarında komendant saatı elan edib...

Poliqon xəbər verir ki, Suriya ordusu Hələb şəhərində SDF-yə (PKK terror təşkilatı) qarşı hərbi əməliyyatın başlandığını elan edib. Bu barədə ölkənin rəsmi SANA agentliyi məlumat yayıb.

Məlumata əsasən, Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarında saat 13:30-dan etibarən xüsusi göstərişədək komendant saatı tətbiq olunub. Hakimiyyət orqanları mülki əhaliyə SDF-nin mövqelərinə yaxınlaşmamaq çağırışı edib və bu mövqelərin legitim hərbi hədəf elan olunduğunu bildirib.

SANA-nın yaydığı məlumata görə, son üç gün ərzində SDF tərəfindən Hələbin yaşayış məhəllələrinin atəşə tutulması nəticəsində üç nəfər ölüb. Həlak olanlar arasında iki qadının olduğu qeyd edilir. Bundan əlavə, 27 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, yaralananlar arasında iki uşaq da var.

Rəsmi mənbələr bildirirlər ki, hərbi əməliyyatın məqsədi şəhərin təhlükəsizliyini təmin etmək və mülki əhaliyə qarşı hücumların qarşısını almaqdır. Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır, təhlükəsizlik tədbirləri gücləndirilib.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr