AZ

ABŞ Senatında Trampın Venesuelaya qarşı daha çox hücum etmək qabiliyyətini məhdudlaşdıran qətnamə üzrə səs vermə keçiriləcək

Vaşinqton, 8 yanvar, AZƏRTAC

ABŞ Senatının cümə axşamı Prezident Donald Trampın Venesuelaya qarşı daha çox hücum etmək qabiliyyətini məhdudlaşdıran qətnamə üzrə səs vermə keçirməsi gözlənilir.

AZƏRTAC-ın məlumatına görə, müharibə səlahiyyətləri haqqında qətnamə Trampın Venesuelaya yenidən hücum etməzdən əvvəl Konqresin təsdiqini almasını tələb edir.

Qeyd edək ki, Demokratlar Partiyası Trampın Venesuelaya qarşı fəaliyyətinin gücləndirdiyi vaxtlarda bir neçə belə qətnamə qəbul etməyə çalışsalar da buna nail ola bilməyiblər. Lakin Trampın Nikolas Maduronu ələ keçirməsi və Qrenlandiyanı əldə etmək kimi açıqlamalarının Konqresdəki səsverməyə də təsir edəcəyi gözlənilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
27
4
azertag.az

5Mənbələr