AZ

Uğursuz məşqçi istefaya göndərildi

“Seltik”də bu mövsüm ikinci dəfə baş məşqçi istefası zərurətə çevrilib. Şotlandiya Uilfrid Nensi ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, Qlazqo klubunun rəsmi saytının yaydığı xəbərə görə, rəhbərlik mütəxəssisin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edib. Məlumatda Nensi ilə yanaşı, onun köməkçiləri Kvame Ampadu, Jül Geqen və Maksim Şalyerin də istefaya göndərildiyi bildirilib.Olarndan başqa, klubun futbol əməliyyatları üzrə rəhbəri Pol Tisdeylin də vəzifəsini tərk etdiyi açıqlanıb.

Xatırladaq ki, Nensi baş məşqçi vəzifəsinə bir ay əvvəl, 2025-ci il dekabrın 4-də təyin olunmuşdu. Onun rəhbərliyi altında 8 oyuna çıxan komanda 6 dəfə məğlubiyyətlə üzləşib. “Seltik” hazırda premyer-liqada 20 oyuna 38 xalla 3-cü yeri tutur. Son çempion lider “Harts”dan 6 xal geri qalır.

Seçilən
35
football-plus.az

1Mənbələr