Bakı. Trend:
Alimlər 2026-cı il üçün bir neçə virusu diqqətlə izləyirlər,çünki təkamül edən patogenlər, iqlim dəyişikliyi, əhali sıxlığınınartması və qlobal səyahətlər yeni viruslu təhdidlərin yaranmasınaşərait yaradır.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hələlik ən ciddi narahatlıq doğuran virus yüksəkpatogenli quş qripi H5N1 virusudur. Xüsusilə ABŞ-də onun südlükiribuynuzlu mal-qaraya keçməsi, insanlar arasında yoluxma ehtimalıilə bağlı riskləri artırıb.
2022-ci ildə qlobal epidemiya yaradan “mpox” (Meymunçiçəyi)artıq bütün dünyada möhkəmlənib. Son dövrlərdə mərkəzi Afrikada vəABŞ-də xəstəliyin daha ağır gedişlə xarakterizə olunan variantınayoluxma hallarının artması qeydə alınıb.
Bundan başqa, ağcaqanadlar vasitəsilə yayılan “Oropuş” virusuAmazon bölgəsindən kənara çıxaraq arealını genişləndirir və buvirusun yayılması ilə bağlı ocaqların Amerika qitələri üzrə səyahətedənlərə təsir göstərməyə davam edəcəyi ehtimal olunur.
Davam edən digər viruslu təhdidlərə çikunqunya, peyvəndlənməsəviyyəsinin azalması fonunda qızılca hallarının artması, HİV-inyenidən geniş yayılma ehtimalı, eləcə də daim mövcud olan yeni,hələ aşkarlanmamış patogenlər riski daxildir.