AZ

Əcnəbi seyrə balonlarla çıxır, biz hələ falçı axtarışındayıqVİDEO

Özlərini ekstrasens, falçı, magiya ustası adlandıran şəxslər son zamanlar müxtəlif platformalarda açıq şəkildə reklam həyata keçirirlər.

Məsələ bununla da bitmir. Bu prosesə artıq tanınmış simalar da cəlb olunur.

Xezerxeber.az-ın məlumatına görə, müğənnilər, əməkdar artistlər, aktyorlar açıq şəkildə ekstrasenslərin yanına getdiklərini nümayiş etdirir, onlardan kömək umduqlarını dilə gətirirlər. Bu da birbaşa təbliğatdır.

Cəmiyyət arasında tanınmış şəxslərin bu cür davranışı gənclər, psixoloji baxımdan həssas insanlar üçün ciddi risk yaradır. Bu təbliğat nəticəsində insanlar elmə, müasir tibbə güvənmək əvəzinə, real problemlərinin həllini fərqli yerlərdə axtarmağa başlayırlar.

Hüquqşünas Ramil Süleymanov deyir ki, qanunvericilikdə bu tip əməllərin qadağan olunması ilə bağlı bir müddəa nəzərdə tutulmayıb. Yalnız bu əməllərin qarşılığında vətəndaşa maddi zərər dəydiyi halda cinayət hesab edilir.

Hüquqşünasın fikrincə, 21-ci əsrdə elm və texnologiyanın inkişaf etdiyi dövrdə falçılığın, ekstrasensliyin asanlıqla legitimləşdirilməsi ona görə baş verir ki, bununla bağlı qanunvericilikdə boşluq var. Elə bu səbəbdən bunu təbliğ edənlərə də heç bir cəza yoxdur.

Daxili İşlər Nazirliyindən də "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşların özünü ekstrasens kimi təqdim edən şəxslər tərəfindən aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polisə də xeyli mürcaiət daxil olur.

DİN sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı, bu tipli paylaşımlar edən səhifələrə inanmamağı və ödəniş etməməyi tövsiyə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
48
xezerxeber.az

1Mənbələr