AZ

Çinin hərbi gücü Qərbi təşvişə salıb

Çin son beş ildə çox sayda gizli qırıcı və uzaq mənzilli dəqiq idarə olunan raketlər hazırlayıb. “The Times” qəzetinin məlumatına görə, bu vəziyyət Qərbin Sakit Okeandakı dominantlığını təhdid edir.

Nəşr qeyd edib ki, Xalq Azadlıq Ordusu (XAO) hazırda 1000 kilometr və ya daha çox məsafədə Amerika gəmilərini və hava bazalarını təhdid edə bilən bir sıra təyyarə və silahlara malikdir və bu da Tayvan üzərində gələcək potensial münaqişədə ABŞ-ın hava üstünlüyünü təhlükə altına alır.

XAO təchizatçıları ildə 120 ədəd J-20A beşinci nəsil gizli qırıcı təyyarələr istehsal edirlər ki, bu da ABŞ Hərbi Hava Qüvvələri tərəfindən ən yaxın ekvivalenti olan F-35-dən iki dəfə çoxdur. XAO həmçinin hər il 100 J-16 qırıcısı alır. Bundan əlavə, Hindistan və Pakistan arasındakı son gərginlik zamanı Pakistan Hərbi Hava Qüvvələri ilə xidmətdə olan Çinin PL-15 raketi təxminən 193 kilometr məsafədən Hindistanın “Rafale” qırıcı təyyarəsini vurub.

Nəşr Londonda yerləşən təhlükəsizlik üzrə beyin mərkəzi olan Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) hesabatına istinadən qeyd edib ki, həm PL-15, həm də PL-17 ABŞ, Rusiya və ya Avropa tərəfindən istehsal edilən istənilən raketdən daha geniş mənzilə malikdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr