AZ

“Ona bu barədə məlumat verilməmişdi” – Demçenko tələyə düşüb?

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun hələ təyinat rəsmiləşməmiş yerli mətbuata verdiyi müsahibədə ciddi səhv etdiyini yazmışdıq.

Xatırladaq ki, qarşısına ilk “üçlük” uğrunda mübarizə aparmaq hədəfinin qoyulduğunu bildirən mütəxəssis “qırmızı-ağlar”ın ölkə kubokunda mübarizəni davam etdirdiyini də demişdi.

Maraqlıdı, ukraynalı komandanın bu turnirdə mübarizəni dayandırmasından xəbərdar deyildi, yoxsa tərəflər arasında hansısa anlaşmazlıq olub?

Sualı klubun icraçı direktoru Eldəniz Yusubova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Andrey Demçenkoyla danışıqlara dekabrın 29-da start verilib. Həmin ərəfədə bir neçə namizədlə danışıq aparırdıq. Hədəflərimizə uyğun olan məşqçinin Andrey Demçenko olduğunu düşündük və onunla müqavilə imzaladıq. Təbii ki, baş məşqçinin qarşısına kuboku qazanmaq hədəfi qoyulmayıb. Bununla belə, ona bu barədə məlumat verilməmişdi. Yenə də görünür, texniki səhv və ya yalnış anlaşılma olub. Bu gün Andrey Demçenko reallıqlardan xəbərdardı”.
Xatırladaq ki, “Araz-Naxçıvan” qış fasiləsinə 26 xalla 6-cı pillədə yollanıb. Komanda builki ilk premyer-liqa matçında “İmişli”nin qonağı olacaq. Həmin oyun yanvarın 23-də keçiriləcək.

KƏNAN BAHADIR
Seçilən
85
1
football-plus.az

2Mənbələr