UEFA-nın 111-114 bloklarını bağlamaq qərarından sonra, "Bayern Münhen" növbəti Çempionlar Liqası matçı üçün "Südkurve" tribunasında bütün biletlərin ləğv olunacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Rəqib Belçikanın "Union" klubu olacaq.

Klubdan verilən açıqlamaya görə, "Südkurve"nin aşağı mərtəbəsində blok-blok bilet satışı olmadığı üçün yalnız 111-114 bloklarındakı 4,800 biletin ləğvi texniki baxımdan mümkün deyil.

Nəticədə, 109-117 blokları üçün mövcud 9,336 biletin hamısı ləğv olunur.

Biletləri alan izləyicilərə isə ödənişləri geri qaytarılacaq. Bu səbəbdən, "Südkurve" üçün bütün biletlər etibarsız sayılacaq və matça giriş təmin etməyəcək.