AZ

Ukrayna dron istehsalını Polşaya köçürür

Ukrayna pilotsuz uçuş aparatlarının istehsalı üzrə güclərinin bir hissəsini Polşaya köçürür.

"Ölkə.az" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "TVP World" telekanalına müsahibəsində açıqlama verib.

Nazirin sözlərinə görə, hazırda Polşa Ukraynaya 48-ci hərbi yardım paketini təqdim edir və Kiyev buna cavab olaraq PUA istehsalının bir hissəsini Polşa ərazisinə keçirir.

“Biz indi Ukraynaya 48-ci hərbi yardım tranşını ötürürük, Ukrayna isə cavab olaraq dron istehsalının bir hissəsini Polşaya köçürür”, – deyə Sikorski bildirib.

O həmçinin vurğulayıb ki, Varşava Avropa kreditləri hesabına ayrılan vəsaitlərin bir hissəsini Ukrayna ilə birgə silahlanma və hərbi-texniki layihələrə yönəldəcək.(Musavat.com)

Seçilən
71
2
olke.az

3Mənbələr