AZ

ABŞ-nin vitse-prezidenti narkomanlardan üzr istəyib

ABŞ-nin vitse-prezidenti J.D.Vens amerikalı narkomanlardan üzr istəyib.

“Ölkə.az” xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Kokaini sevən bütün insanlardan üzr istəyirəm, lakin ABŞ Prezidenti Donald Tramp onu sevmir”, - deyə o, ölkə hakimiyyətinin narkotiklərlə mübarizəni davam etdirəcəyini qeyd edib.

Vitse-prezident vurğulayıb ki, bəzi amerikalılar təhlükələrinə baxmayaraq, qeyri-qanuni maddələrdən həzz alırlar. Vens onları müalicə almağa çağırıb.(qafqazinfo)

Seçilən
88
4
olke.az

5Mənbələr