AZ

Bellinqhemdən onunla gərginlik yaşadığı iddialarına reaksiya

“Real Madrid”in futbolçusu Cud Bellinqhem məşqçi Xabi Alonso ilə bağlı açıqlama verib. Metbuat.az xəbər verir ki, Alonso ilə gərginlik yaşadığı iddia edilən Bellinqhem məşqçiyə dəstək ifadə edib. Ulduz oyunçularla Alonso arasında gərginliyin olduğunu rədd edən futbolçu, məşqçinin məşq metodlarına etiraz etmədiklərini ifadə edib.

Bellinqhem, “İşlər yaxşı getmədikdə, bir çox problem uydurulur. Soyunma otağında əslində nə baş verdiyini bilirik. Kənardan baxanda, bu, fərqli bir perspektivdən görünür. Hamımız məşqçinin tərəfindəyik, bu barədə heç bir müzakirə yoxdur”, - deyə bildirib.

Seçilən
113
6
metbuat.az

10Mənbələr