AZ

"Tottenhem" "Santos"un gənc müdafiəçisi üçün rəsmi təklif göndərdi

İngiltərənin "Tottenhem" klubu Braziliya bazarında növbəti istedadı hədəfə alıb.

Fanat.Az xəbər verir ki, London təmsilçisi "Santos"un 19 yaşlı sol cinah müdafiəçisi Souza üçün rəsmi müraciət edib.

İnsayder Ben Yakobsun yaydığı xəbərə əsasən, "mahmızlar" braziliyalı futbolçu üçün təxminən 13 milyon funt-sterlinq təklif edib.

Gənc oyunçunun karyerasını Premyer Liqada davam etdirməyə müsbət yanaşdığı, "Santos" rəhbərliyinin isə hələlik cavab vermədiyi bildirilir. Braziliya klubu müqaviləyə gələcək satışdan pay bəndini də əlavə etmək niyyətindədir.

Seçilən
17
fanat.az

1Mənbələr