“Tottenhem”in vingeri Məhəmməd Kudus təxminən üç ay yaşıl meydanlardan kənarda qalacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, futbolçu İngiltərə Premyer Liqasında “Sanderlend”ə qarşı keçirilən son oyunda budun dördbаşlı əzələsinin vətərində zədə alıb.
“Şporlar”da qanalı futbolçunun yalnız mart ayında milli komandaların oyunları üçün nəzərdə tutulan fasilədən sonra, martın sonlarına doğru komandanın heyətinə qayıdacağı gözlənilir.
Cari mövsümdə Məhəmməd Kudus “Tottenhem”in heyətində bütün rəsmi turnirlərdə 26 matçda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.