AZ

Makron: ABŞ müttəfiqlərindən və beynəlxalq qaydalardan uzaqlaşır

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın beynəlxalq qaydalara əsaslanan qlobal sistemdən getdikcə uzaqlaşdığını və müttəfiqləri ilə münasibətlərində ciddi dəyişikliklərin müşahidə olunduğunu bildirib.

Editor.az xəbər verir ki, Fransa dövlət başçısı bu fikirləri illik xarici siyasətə dair çıxışı zamanı səsləndirib. Makron dünyada böyük güclər arasında yeni bölgü mərhələsinin başlaya biləcəyi barədə xəbərdarlıq edərək, mövcud geosiyasi gərginliklərin artdığını vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton administrasiyası son dövrlər qaydalara əsaslanan qlobal nizamdan uzaqlaşır və bəzi ənənəvi müttəfiqlərinə qarşı məsafəli mövqe nümayiş etdirir. Makron bu tendensiyanın beynəlxalq təhlükəsizlik və sabitlik baxımından ciddi risklər yaratdığını qeyd edib.

Fransa prezidenti həmçinin Avropanın daha müstəqil və vahid xarici siyasət yürütməsinin vacibliyini diqqətə çatdırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
71
editor.az

1Mənbələr