"Beşiktaş" gənc futbolçusu Yakup Arda Kılıçla bağlı yeni qərarını açıqlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" 21 yaşlı vingeri mövsümün sonuna qədər icarəyə göndərib. Futbolçu 3-cü liqada çıxış edən "Karşıyaka"ya müvəqqəti transfer olunub.
Qeyd edək ki, "Beşiktaş"ın öz yetirməsi olan Yakup Arda əsas komandanın heyətində indiyədək 4 rəsmi oyuna çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Cinah hücumçusu cari mövsümün ilk yarısını icarə əsasında Serbiyada keçirib.