AZ

Qara dənizdə Boyko neft platformaları yanır

Daimi yanmadan əmələ gələn tüstü sütunu uzun məsafələrə yayılır.

QHT.az xəbər verir ki, Qara dənizdə yerləşən və “Boyko qurğuları” adlanan qazma platformalarında yanğın artıq bir neçə ildir davam edir və ciddi ekoloji çirklənməyə səbəb olur. Alim İvan Rusevin sözlərinə görə, yanğından yaranan tüstü buludları Avropanın geniş ərazisinə yayılır və bu çirklənmə mənbəyini hazırda söndürmək mümkün deyil. Platformalar 2014-cü ildə Rusiya tərəfindən ələ keçirilib, 2022-ci ildən isə üzərlərində radar, sonar və elektron kəşfiyyat sistemləri yerləşdirilib. Bu avadanlıqlar Rusiyaya Krım–Odessa arasındakı Qara dəniz zonasını nəzarətdə saxlamağa imkan verib. Müharibə dövründə Ukrayna qüvvələri qüllələrə bir neçə dəfə zərbələr endirib və 2025-ci ildə dron hücumları ilə radar və anbarlar məhv edilib.

 

R.İmanov

Seçilən
56
qht.az

1Mənbələr