AZ

Rusiyasız bu, mümkün olmayacaq Merz xəbərdarlıq etdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi Rusiya tərəfinin razılığı olmadan mümkün deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı hələ də Moskvadan bu cür razılıq almaqdan xeyli uzaqdır.

“Əməliyyat ardıcıllığı belə olmalıdır: əvvəlcə atəşkəs, sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Rusiya ilə uzunmüddətli razılaşma. Bunların heç biri Rusiya olmadan mümkün deyil. Və görünür, biz bu razılaşmadan çox uzağıq,” – deyə Merz bildirib.

Kanslerin fikrincə, Rusiya hazırda atəşkəsə maraqlı deyil:

“Ona görə də biz bu müharibənin qiymətini artırmaqda davam etməliyik. Rusiya anlamalıdır ki, bu müharibəni davam etdirməyin mənası yoxdur”.

Qeyd edək ki, Fransa, Böyük Britaniya və Ukrayna müharibədən sonrakı təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə imzalayıblar. Merz bu sazişin ardınca Almaniyanın yalnız NATO ərazisində,  Ukraynaya bitişik bölgələrdə qoşun yerləşdirməyə hazır olduğunu bəyan edib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr