AZ

Almaniyada partlayış 3 nəfər həlak olub

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın Baden-Vürtemberq əyalətindəki Tailfingen şəhərində bir evdə partlayış baş verib.

525.az DPA-ya istinadən xəbər verir ki, partlayışa qaz sızması səbəb olub.

Bədbəxt hadisə nəticəsində biri uşaq olmaqla üç nəfər həlak olub. Ölənlərin cəsədləri dağıntıların altından çıxarılıb.

Hadisə nəticəsində yaxınlıqdakı bir çox evə ciddi şəkildə ziyan dəyib. Həmin evlərdən təxliyə edilən və xəsarət alan şəxslərə psixoloji yardım göstərilib.

Hadisə yerinin ətrafı geniş şəkildə mühasirəyə alınıb və partlayışın səbəbi ilə bağlı ətraflı araşdırma başlayıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
525.az

1Mənbələr