AZ

Lukaşenkodan gözlənilməz addım: Venesuelaya görə Trampa təşəkkür etdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampa Venesuelaya edilən hücumun səbəbini açıq şəkildə etiraf etdiyinə görə təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

Lukaşenko bildirib ki, Trampın “Neft, bizə neft lazımdır!” ifadəsini bu qədər açıq səsləndirməsi diqqət çəkir və məhz buna görə ona minnətdardır. Belarus liderinin sözlərinə görə, ABŞ istədiyi nəticələrə hərbi müdaxilə olmadan da nail ola bilərdi.

O, həmçinin Venesuelanın Rusiya Federasiyasındakı səfiri ilə görüşdüyünü və bu görüşdən sonra Prezident Nikolas Maduronun bütün mesajlarını müvafiq tərəflərə çatdırdığını qeyd edib.

Lukaşenko daha əvvəl ABŞ ordusunun Rusiya bayrağı altında üzən “Marinera” tankerini ələ keçirməsini “tamaşa” adlandırmışdı. Onun fikrincə, əgər ABŞ rəhbərliyi Ukraynada sülh istədiyini bəyan edirsə, bu halda Rusiya tankerinin tutulması məntiqsiz görünür.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
globalinfo.az

1Mənbələr