GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yanvarın 7-si günorta saatlarından sonra Rusiya qüvvələri Odessa vilayətində yerləşən İliçivsk (Çernomorsk) şəhərinə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Aif” nəşri məlumat yayıb. Nikolayev yeraltı qüvvələrinin koordinatoru Sergey Lebedevin iddiasına görə, zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələrinin elit bölməsi, eləcə də Böyük Britaniya və ABŞ-dan olan zabitlərlə birlikdə məhv edilib.
Hərbi ekspert, ehtiyatda olan birinci dərəcəli kapitan Vasili Dandıkin Odessa bölgəsində xarici muzdluların ukraynalı hərbçilərə hansı istiqamətlərdə təlim keçə biləcəklərini izah edib.
Onun sözlərinə görə, sovet dövründə hər bir donanmanın, o cümlədən sualtı diversantlardan ibarət dəniz xüsusi təyinatlı bölmələri mövcud olub. Bu cür briqadalardan biri vaxtilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərib və Zmeini adası yaxınlığında yerləşib.
Dandıkin qeyd edib ki, dəniz diversantları, xüsusilə dərin dəniz dalğıcları 100 metrə qədər dərinliyə enə bilirlər. Ekspert bu bacarıqları “Şimal Axını” layihəsi ətrafında baş verən hadisələrlə müqayisə edib və Böyük Britaniyanın bu sahədə lider mövqedə olduğunu vurğulayıb.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.