AZ

Bundesliqada dekabrın ən yaxşısı məlum oldu

“Bayern”in hücumçusu Harri Keyn Bundesliqada dekabr ayının ən yaxşı futbolçusu seçilib.

Msport.az xəbər verir ki, ingiltərəli hücumçu Maykl Olise. Yosip Stanişiç (hər ikisi Bayern), Patrik Vimmer (Volfsburq), Yan Diomand və Kristof Baumqartneri (hər ikisi Leyptsiq) qabaqlayıb.

Keyn dekabr ayında Almaniya çempionatında 3 oyunda 5 qol vurub.  O, rəqib qapılarına 18 zərbə endirib.

O, bu mövsüm bütün turnirlərdə 25 matçda 30 dəfə fərqlənib və 3 məhsuldar ötürmə verib.

Seçilən
73
msport.az

1Mənbələr