AZ

ABŞ vitse-prezidenti narkomanlardan üzr istədi

ABŞ-ın vitse-prezidenti J.D.Vens amerikalı narkomanlardan üzr istəyib.

Publika.az xəbər verir ki, o, bu barədə "Fox News" a verdiyi müsahibədə bildirib .

“Kokaini sevən bütün insanlara müraciət edirəm: üzr ​​istəyirəm, amma Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampkokaini sevmir”, - deyə o, ölkə hakimiyyətinin narkotiklərə qarşı mübarizəni davam etdirəcəyini qeyd edib.

Vitse-prezident bəzi amerikalıların qanunsuz maddələrdən istifadə etdiyini vurğulyıb. Vens amerikalı narkotik asılılarını müalicə almağa çağırıb və ABŞ administrasiyasının fentanil və kokainə qarşı sərt mövqeyinə görə tənqidlərə baxmayaraq, ölkənin maraqlarını müdafiə etməyə davam edəcəyini vurğulayıb.

Seçilən
93
publika.az

1Mənbələr