AZ

"Paramount" "Warner Bros." üçün təklifini təkrarlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Media və əyləncə şirkəti “Paramount” “Warner Bros. Discovery” (WBD) şirkətini səhm başına 30 dollar nağd ödənişlə satın alma təklifini təsdiqləyib.

Banco.azxəbər verir ki, “Paramount”un açıqlaması WBD-nin İdarə Heyətinin səhmdarlara “Paramount”un təklifini rədd etməyi tövsiyə etməsindən sonra verilib. Açıqlamada “Paramount”un WBD səhmdarlarına səhm başına 30 dollar məbləğində nağd təklif təqdim etmək öhdəliyini davam etdirdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, proses boyunca “Paramount” WBD tərəfindən səsləndirilən bütün narahatlıqları diqqətlə və konstruktiv yanaşma ilə nəzərdən keçirib. Buna baxmayaraq, WBD-nin “Paramount”un təklifində daha əvvəl qiymətləndirilmiş və həll edilmiş məsələləri yenidən gündəmə gətirməyə davam etdiyi vurğulanıb.

Açıqlamada həmçinin “Paramount”un təklifinin WBD-nin “Netflix” ilə əldə etdiyi razılaşma ilə müqayisədə daha üstün olduğu xüsusi olaraq qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
36
1
banco.az

2Mənbələr