Əməliyyat rüşvət, razılaşma vəVenesuelanln hərbi-sivil rəhbərliyinin xəyanəti ilə reallaşdırılıb...
Poliqon xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin xüsusi xidmət orqanlarının Venesuela prezidenti Nikolas Maduronu ölkədən razılaşma yoluyla çıxarmağa nail olduğunu iddia edib. Onun sözlərinə görə, bu proses rüşvət, xəyanət və əvvəlcədən qurulmuş ssenari əsasında həyata keçirilib Əməliyyatda həm hərbi qulluqçular, həm də mülki şəxslər iştirak ediblər.
Lukaşenko bildirib ki, sözügedən əməliyyat ABŞ-nin Venesueladakı daxili siyasi vəziyyətə birbaşa müdaxiləsinin nümunəsidir. O, Maduronun ətrafında olan bəzi şəxslərin xarici qüvvələrlə əməkdaşlığa gedərək dövlət başçısına xəyanət etdiklərini və bunun nəticəsində prezidentin ölkədən çıxarılmasının mümkün olduğunu vurğulayıb.
Belarus liderinin sözlərinə görə, bu cür addımlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və suveren dövlətlərin daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirilməlidir. O, həmçinin qeyd edib ki, Venesuelada baş verənlər ABŞ-nin müxtəlif ölkələrdə hakimiyyət dəyişikliyinə nail olmaq üçün tətbiq etdiyi klassik ssenarilərdən biridir.
Rəsmi Vaşinqton hələlik Lukaşenkonun səsləndirdiyi iddialarla bağlı açıqlama verməyib. Venesuela tərəfi də məlumatı təsdiqləməyib. Analitiklər isə bu bəyanatın beynəlxalq aləmdə ciddi rezonans doğura biləcəyini və ABŞ–Venesuela münasibətlərində gərginliyi daha da artıra biləcəyini istisna etmirlər.
Poliqon.info