GlobalInfo saytına istinadən ain.az xəbər verir.
ABŞ-ın Kiyevdəki səfirliyi yaxın günlərdə, xüsusilə gecə saatlarında Ukrayna paytaxtına qarşı potensial ciddi hava hücumu ehtimalı ilə bağlı məlumat alındığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi saytında bildiriş dərc olunub.
Bəyanatda qeyd olunur ki, hücum istənilən vaxt baş verə bilər. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı elan edildiyi halda dərhal sığınacaq tapmağa hazır olmağı tövsiyə edib.
Diplomatik missiya sakinləri hava hücumu sirenlərini qulaqardına vurmamağa, təhlükəsiz sığınacaqlara üz tutmağa, su və zəruri dərman ehtiyatı hazırlamağa, eləcə də məlumat üçün yerli medianı izləməyə çağırıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəyə mümkün hava hücumu ilə bağlı xəbərdarlıq edib. Dövlət başçısı bu gün və sabah hava hücumu sirenlərinə xüsusi diqqət yetirilməsinin və təhlükə zamanı dərhal sığınacaqlara keçilməsinin vacibliyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.