AZ

Makron: ABŞ bəzi müttəfiqlərinə arxa çevirir

Makron: ABŞ bəzi müttəfiqlərinə arxa çevirir

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın bəzi müttəfiqlərinə getdikcə arxa çevirdiyini bildirib.

Fransanın paytaxtı Parisdə Səfirlər Konfransı başlayıb.

Makron konfransda çıxışı zamanı çoxtərəflilik institutlarının getdikcə daha zəif işlədiyini söyləyib.

Böyük güclərin dünyanı bölüşdürməyə çalışdığı bir mərhələyə doğru irəliləndiyini qeyd edən Makron deyib:

“ABŞ mövcud və köklü bir gücdür, lakin getdikcə bəzi müttəfiqlərinə arxa çevirir və yaxın vaxtlara qədər müdafiə etdiyi beynəlxalq qaydaları aşır”.

Çinin ticarət sahəsində, ABŞ-ın isə beynəlxalq arenada aqressiv mövqe nümayiş etdirdiyinə diqqət çəkən Makron, Rusiyanı dünyadakı sabitliyi pozan güclərdən biri adlandırıb.

Makron dünyada açıq şəkildə müstəmləkə proseslərinin yaşandığını ifadə edərək, fransızların və avropalıların artıq praktik reallıqları ilə uyğun gəlməyən anti-müstəmləkə ritorika ilə üz-üzə qaldığını bildirib.

“Yeni müstəmləkəçiliyi və yeni imperializmi rədd edirik; eyni zamanda vassallığı və məğlubiyyəti də qəbul etmirik”, — deyən Makron Avropanın ABŞ və Çindən daha az asılı olmaqla doğru istiqamətdə irəlilədiyi qənaətini bölüşüb.

Makron qlobal idarəetmədə islahatlar aparmaq üçün təşəbbüslər göstərilməli olduğunu bildirərək qeyd edib:

“Hər gün insanlar özlərinə ‘Qrenlandiya işğal olunsa necə olar? Kanadanın 51-ci əyalət olmaq təhlükəsi ilə üzləşməsi və ya Tayvanın daha da mühasirəyə alınması necə olar?’ sualını verirlər”.

Seçilən
48
afn.az

1Mənbələr