Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Qlobal siyasətdə cəngəllik qanununun istifadəsi qəbuledilməzdir”
“ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu tutması əməliyyatı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Qlobal siyasətdə cəngəllik qanununun istifadəsi qəbuledilməzdir”. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş deyib.
"ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi və müstəqil dövlət başçısının yatağından süründürülüb məhkəməyə verilməsini göstərən görüntülərin bütün dünyanın görməsi üçün canlı yayımlanması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu, dünyanın ən böyük ölkələrindən birinin cəngəllik qanununun açıq təzahürüdür. Bəşəriyyət buna qarşı birləşməlidir", - Kurtulmuş jurnalistlərə bildirib.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela Prezidentinə qarşı hərəkətlərini pisləyib, onun oğurlanmasını suverenliyin pozulması və beynəlxalq hüquqa etinasızlıq adlandırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.