AZ

Sülh planının layihəsi Parisdə Putinin xüsusi nümayəndəsinə təqdim edildi

BAKI, 8 yanvar. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, iş adamı Cared Kuşner ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Portalın mənbələrinə görə, görüşdə Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün mümkün yol müzakirə olunub.

ABŞ rəsmiləri Kirill Dmitriyevə Ukrayna ilə razılaşdırılmış sülh planının layihəsini təqdim ediblər.

Qeyd olunur ki, ABŞ Rusiya rəhbərliyindən sülh planına konkret aydın cavab gözləyir.

Seçilən
55
teleqraf.com

1Mənbələr