AZ

İranda bir neçə şəhərdə dövlət bayraqları endirildi – SEPAH-a məxsus avtomobillər YANDIRILIR – VİDEO

İranda davam edən etiraz aksiyaları fonunda ölkənin müxtəlif şəhərlərində dövlət rəmzlərinə qarşı açıq etiraz halları qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, bir sıra bölgələrdə İranın dövlət bayrağı endirilərək yararsız hala salınıb.

Bildirilir ki, Məşhəd şəhərindən sonra Qəsr-Şirin şəhərində də etirazçılar tərəfindən İran bayrağı dirəkdən endirilərək parçalanıb. Hadisə ilə bağlı yayılan görüntülər qısa müddətdə sosial platformalarda geniş yayılıb.

Bundan əlavə, Şimali Xorasan əyalətinin Şirvan şəhərində etirazçıların hərəkətlərini qeydə alan müşahidə kameralarının sıradan çıxarıldığı bildirilir. Mənbələrin iddiasına görə, kameralar qəsdən sındırılıb ki, aksiyalarda iştirak edənlərin kimliyi müəyyən edilə bilməsin.

Məlumatlarda həmçinin qeyd olunur ki, qəzəbli etirazçılar SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus bir neçə avtomobili dağıdıb, bəzilərini isə yararsız vəziyyətə salıblar.

Seçilən
41
nocomment.az

1Mənbələr