ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın sağçı “Patriots” partiyasının rəhbəri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək qərarını tənqid edib .
Globalinfo.az xəbər verir ki, o, öz fikirlərini X paylaşıb.
“Bu, bizi Rusiya ilə birbaşa münaqişəyə aparacaq təmiz dəlilikdir, bu, tam bir fəlakətdir”, – deyə siyasətçi vurğulayıb.
O qeyd etdi ki, Paris Barkhane əməliyyatı zamanı daha az qoşun yeridib. Filippot Makronun impiçmentinə çağırıb.
Daha əvvəl Fransa və Böyük Britaniyanın Ukraynaya 15.000-ə qədər əsgər göndərməyə hazırlaşdığı bildirilirdi . Qoşunlara texnikaya xidmət göstərmək, Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək və müdafiə infrastrukturu qurmaq tapşırığı verildiyi bildirilirdi.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.