“Qarabağ”ın futbolçusu Kadi Borges zədədən tam sağalıb.
İdmanxeber.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi artıq fərdi məşqlərə başlayıb və bu gün klubun təlim-məşq bazasında ilk məşqinə çıxıb.
Qeyd edək ki, Kadi Çempionlar Liqasında “Çelsi” ilə 2:2 hesablı oyundan sonra sol fibulasındakı sınıq səbəbindən əməliyyat olunmuşdu.